Elektron musiqi səhnəsində beynəlxalq uğurları ilə tanınan türkiyəli DJ Mahmut Orhan doğulduğu kənddə konsert verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkəsirin Kürsə kəndində qurduğu səhnədə çıxış edən Orhanın yerli əhali ilə birlikdə əyləndiyi anları sosial mediada diqqət mərkəzinə çevrilib.
Kənd meydanında keçirilən tədbirdə həm gənc, həm də yaşlılar musiqinin ritminə qoşulub.
Beynəlxalq səhnələrdə on minlərlə insana konsert verən məşhur DJ, kəndlilərə yaxınlığı və səmimi davranışı ilə rəğbət qazanıb.
Bir çox istifadəçi məşhur sənətçinin dünya miqyasında uğurlarına baxmayaraq kəndini unutmadığını qiymətləndirərək ona müsbət şərhlər yazıb.
Aysel
Bu gönderiyi Instagram'da gör










































