Amerikanın kantri üslubunda mahnılar oxuyan məşhur ifaçısı Mindi Makkridi 37 yaşında özünə qəsd edib.AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Arkanzas polisinə istinadən “Associated Press” məlumat yayıb.Ştat polisinin məlumatına görə, müğənni bazar günü Hiber-Sprinqs şəhərindəki evinin eyvanında odlu silah yarası ilə aşkar edilib. Makkridini canına qəsd etməyə sövq edən motivlər hələ ki məlum deyil.Mindi müğənniliyə uşaq vaxtlarından kilsə xorunda oxumaqla başlayıb. 18 yaşında “kantri musiqisinin paytaxtı” olan Neşvill (Tennesi ştatı) şəhərinə köçüb. Onun 1996-cı ildə işıq üzü görən “Ten Thousand Angels” debüt albomu multiplatinum olub. Müğənni karyerası ərzində cəmi 5 albom buraxıb.Xanım ifaçının iki övladı var - altı yaşlı Zander və hələ bir yaşı tamam olmayan Zeyn.