Dost-tanış Ernandes Qarridonu “İyirmi dörd” deyə çağırır. Kubanın Quantanamo bölgəsindəki Barakoa şəhərində yaşayan Ernandes barmaqlarına görə populyarlıq qazanıb. Onun hər bir əlində və ayağında 6 barmaq var.Bu barmaqlar ona palmalara dırmaşmağa və kokoslar yığmağa kömək edir. Bundan əlavə qeyri-adi xüsusiyyətə görə Ernandes tez-tez turistlərlə şəkil çəkdirir, bu isə ona əlavə qazanc əldə etməyə kömək edir.