Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi

Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
MARAQLI
15:32 03.07.2026
456

 

Dünya Meteorologiya Təşkilatı (WMO) qlobal mövsümi iqlim yenilənməsinə dair aylıq hesabatını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hesabatda Sakit okeanın tropik hissəsində "El Nino" şəraitinin formalaşdığı və yaxın aylarda onun sürətlə güclənəcəyinin gözlənildiyi bildirilib.

Qeyd olunub ki, bu proses dünyanın bir çox bölgəsində isti hava dalğaları, quraqlıq, güclü yağışlar və digər ekstremal hava hadisələrinin başvermə ehtimalını artıracaq.

Hesabata əsasən, 2026-cı ilin iyul-sentyabr aylarında güclü El Nino mərhələsinə keçid gözlənilir. Orta və Şərqi Ekvatorial Sakit okeanda okean sularının temperaturunda davamlı artım müşahidə olunur.

Bildirilir ki, "El Nino" Şimal yarımkürəsində payız aylarında daha da güclənəcək və təsiri dünyanın müxtəlif bölgələrinə yayılacaq. Bununla yanaşı, Ekvatorial Atlantik hövzəsində də temperaturun orta göstəricilərdən yüksək olacağı proqnozlaşdırılır.

Təşkilatın məlumatına görə, "El Nino" quraqlıq və intensiv yağıntı riskini artırmaqla yanaşı, həm quruda, həm də dənizdə isti hava dalğalarının daha tez-tez müşahidə olunmasına səbəb ola bilər.

Qeyd olunub ki, bu risklər fonunda hökumətlər, humanitar təşkilatlar və iqlimə həssas sahələrin dəstəklənməsi üçün beynəlxalq səviyyədə koordinasiya gücləndirilir. Erkən xəbərdarlıq sistemlərinin və mövsümi proqnozların insanların həyatının qorunması, eləcə də iqtisadi və sosial itkilərin azaldılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

 

Gülay

OXŞAR XƏBƏRLƏR