Dünyada hər 3 saniyədə 55 milyondan çox insan Alzheimer xəstəliyinə yoluxur

Dünyada hər 3 saniyədə 55 milyondan çox insan Alzheimer xəstəliyinə yoluxur
SAĞLAMLIQ
15:47 20.09.2023
647
Dünyada hər 3.2 saniyədə 55 milyondan çox insan Alzheimer xəstəliyinə yoluxur.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat dərc edib.
 
Məlumata görə, hər il təxminən 10 milyon yeni hadisənin ortaya çıxması səbəbindən bu rəqəmin 2050-ci ildə 139 milyona yüksələcəyi gözlənilir.

Dünyada yaşlı əhalinin sayının artması ilə ciddi şəkildə artan Alzheimer xəstəliyi haqqında maarifləndirmək və bununla mübarizə aparanlara dəstək olmaq məqsədi ilə hər il 21 sentyabr "Dünya Alzheimer Günü” çərçivəsində tədbirlər təşkil edilir. .

Beyin hüceyrələrinin zamanla ölməsi nəticəsində yaddaş itkisi, demans və ümumi koqnitiv funksiyaların azalması şəklində inkişaf edən bir xəstəlik olan Alzheimer xəstəliyi səbəbindən dünyada hər il minlərlə insan ölür.

İlk dəfə 1906-cı ildə Alman psixiatrı və patoloqu Alois Alzheimer tərəfindən təsvir edilən və 65 yaşdan yuxarı insanlarda beyin toxumalarına ciddi ziyan vurduğu təsbit edilən Alzheimer xəstəliyi "21-ci əsrin kabusu" olaraq görülür.
 
Alzheimer xəstələrinin 60 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır və hər il Alzheimer xəstələrinin sayına 10 milyon yeni hadisə əlavə olunur.

Hazırda 1,3 trilyon ABŞ dollarından çox olan Alzheimer xəstəliyinin illik qlobal dəyərinin 2030-cu ilə qədər 2,8 trilyon ABŞ dollarına yüksələcəyi gözlənilir.

Buna uyğun olaraq, 2030-cu ildə Alzheimer xəstəliyinin illik qlobal xərclərinin dünyanın 8-ci ən böyük iqtisadiyyatı olan İtaliyanın cari illik ümumi daxili məhsulunu (ÜDM) üstələyəcəyi proqnozlaşdırılır.

Alzheimer xəstəliyi zamanla beyin hüceyrələrinin ölümünə görə yaddaş itkisi, demans və idrak funksiyalarının ümumi azalması kimi tanınır.

"Demans növü” olaraq xarakterizə edilən Alzheimer xəstəliyi daha çox yaşlı yaşlarda rast gəlinir.
 
Tədqiqatlar göstərir ki, insanlar müntəzəm məşq etməklə, siqaret və spirtli içkilərdən uzaq durmaqla, çəkilərinə nəzarət etməklə, sağlam qidalanmaqla, qan təzyiqi, xolesterin və qan şəkəri səviyyələrini saxlamaqla demans riskini azalda bilər.

Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
17:14 26.07.2026
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb
17:01 26.07.2026
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb