Dünyada hər 6 nəfərdən biri internetdən istifadə edir
Bütün Xəbərlər
12:20 06.01.2012
1448
2015-ci ilədək genişzolaqlı internetə çıxışa malik istifadəçilərin sayı hazırkı vaxtla müqayisədə 58 faiz, yaxud 350 milyon nəfər artaraq 949 milyon abunəçiyə çatacaq.AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu “iSuppli” şirkətinin analitikləri proqnozlaşdırırlar.Əsas artımı Çin və iqtisadiyyatı inkişaf etməkdə olan digər ölkələr təmin edəcək. Bundan başqa, 2015-ci ilədək Şərqi Avropa, Afrika və Yaxın Şərqdə genişzolaqlı internetdən istifadə edənlərin sayı xeyli artacaq. Şirkətin ekspertləri güman edirlər ki, cari ilin sonuna sürətli internet abunəçilərinin sayı 676 milyona çatacaq ki, bu da 2011-ci ildəki göstəricidən 13 faiz çoxdur.Ötən il ümumi artım həcminin çox hissəsi – 38 faizi Çinin payına düşüb. Hindistan və İndoneziyada da tələbatın artması müşahidə olunur.