Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE

Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
SOSİAL
14:58 25.04.2026
562
Massaçusets Texnologiyalar İnstitutu (MIT) "QS World University Rankings 2026” reytinqinə əsasən dünyanın 1 nömrəli ali təhsil müəssisəsidir. Bu ali təhsil ocağı ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Ali təhsil müəssisəsinə ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub.

Massaçusets Texnologiya İnstitutunun çoxlu sayda məşhur məzunları var, onlardan 75 nəfəri Nobel mükafatına layiq görülüb. İnstitutun tanınmış məzunlarından biri Azərbaycan əsilli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, mərhum professor Lütfi Rəhim oğlu Ələsgərzadədir (Lütfi Zadə).

Modern.az-ın məlumatına görə, hazırda Massaçusets Texnologiyalar İnstitutunda üç azərbaycanlı qız da ali təhsil alır. Onların qısa dosyelərini təqdim edirik:

Dəniz Səttarlı 2006-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olub. İlk təhsilinə Mahmudavar məktəbində başlayıb. 2017-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunub.

2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə gostərib, respublika birincisi olub.

İki il ard-arda Respublika Fənn Olimpiadaları birincisi olub. Belə ki, ilk olaraq 2021-ci ildə 9-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında 1-ci yer tutaraq qızıl medala layiq görülüb. Ardınca 2022-ci ildə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn olimpiadasında yenidən qızıl medalla təltif olunub.

Dəniz Səttarlı 2023-cü ildə dünyanın ən yaxşı universitetinə, Amerikada yerləşən Massachusetts Texnologiya Universitetinə (MIT) qəbul olunub. O, ölkəmizdən bu universitetə daxil olan ilk qızdır.
 


Sevinc Mahmudova 2006-cı ildə Sumqayıt şəhərində anadan olub. 12 yaşınadək təhsilini burada alıb. 6-cı sinifdən təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib.

Bakı Türk Liseyinə qəbul olunandan sonra ailəsilə birgə Bakıya köçüb. Bir bacısı, bir qardaşı var. Onun valideynlərinin hər iisi proqramçıdırlar, dövlət qulluğunda çalışırlar.
 
 

O, dəfələrlə respublika və beynəlxalq fənn olimpiadalarında qalib olub.

Sevinc Mahmudova Respublika Fənn Olimpiadalarında 1 qızıl və 2 gümüş medal, riyaziyyat fənni üzrə iki dəfə Avropa Qızlar Olimpiadasında (EGMO) və bir dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) bürünc medallar qazanıb.

O, olimpiadalara Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində hazırlıq keçib.

2023-cü ildə Bakı Türk Liseyindən məzun olan Sevinc Mahmudova Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutuna (KAIST) qəbul olunub. Birinci kursu burada oxuyan Sevinc 2024-cü ildə Massachusetts Texnologiya Universitetinə (MIT) qəbul olunub. Hazırda dünyanın ən yaxşı universitetində sli təhsilini davam etdirir.
 
Selcan Süleymanlı 2025-ci ildə Massachusetts Texnologiya Universitetinə (MIT) qəbul olunub. O da Bakı Türk Liseyinin məzunudur.

Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda yüksək nəticələr göstərib. O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb. Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal ("birincilərin birincisi”) əldə edib.

Bundan əlavə, Selcan Süleymanlı 2025-ci ildə Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb, Beynəlxalq Fizika Olimpiadasında isə bürünc medal qazanaraq bu yarışda medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
17:47 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR