'Dünyanın böyük dövlətləri də maraqlıdırlar ki, konfliktlər olmasın'

Bütün Xəbərlər
21:31 06.02.2013
882

Azərbaycan dəfələrlə bəyan edib ki, diplomatik vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin həllində dünya praktikasında mövcud olan ən müxtəlif variantları müzakirə etməyə hazırdır.

Dünyada da modellər çoxdur, oxşar situasiyalar var və bunların hər biri müzakirəyə çıxarıla bilər.AZXEBER.COM-un məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin üzvü Məlahət İbrahimqızı deyib.M.İbrahimqızı bildirib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasından ibarətdir.

Millət vəkilinin sözlərinə görə, Ermənistan üçün bu məsələnin həlli müddəti uzandıqca, onun üçün böyük fəsadların əsasları yaranır və bu fəsadlar getdikcə dərinləşir.“Ermənistanda bu reallığı dövlət səviyyəsində və geniş kütlələr içərisində də dərk edənlər çoxdur.

Amma məsələ bundadır ki, Ermənistan problemi həll etməkdə tək qüvvə deyil. Ermənistan ölkənin içərisindən idarə olunan bir qüvvə deyil və faktiki olaraq, Azərbaycan Ermənistanla deyil, erməniçiliklə və onu əhatə edən qüvvələrlə üzbəüzdür.

Amma buna baxmayaraq, dünyanın böyük dövlətləri də, böyük gücləri də maraqlıdırlar ki, nəhayət, konfliktlər olmasın. Hər halda biz bütün diplomatik vasitələrdən istifadə etməliyik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

OXŞAR XƏBƏRLƏR