Dünyanın dini liderləri Bakıda toplaşacaq

Dünyanın dini liderləri Bakıda toplaşacaq
Bütün Xəbərlər
16:11 14.12.2012
774
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabr tarixlərində “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçiriləcək. Bu barədə DQİDK-nin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunan forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçiriləcək forumda müxtəlif ölkələrin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqaz­şünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəl­xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunan səfirlərin iştirakı nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR