Dünyanın ən böyük “Şeytan çarxı” Bakıda istifadəyə verilir - FOTOLAR

Dünyanın ən böyük “Şeytan çarxı” Bakıda istifadəyə verilir - FOTOLAR
Bütün Xəbərlər
17:10 26.09.2013
6655
Bakıda dünyanın ən böyük layihələrinindən biri tikilir. Dənizkənarı Bulvarda inşa olunacaq dünyanın ən böyük attraksionu -"Şeytan Çarxı" yaxın günlərdə istifadəyə veriləcək.Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə,Əl Oyunları Sarayı ilə Bayraq Meydanının arasında tikilən attraksionun hündürlüyü 60 metr olacaq. Təkərin üstündə 30 vaqon olacaq. Hər vaqonda isə 8 nəfər əyləşə bilər. "Şeytan çarxı" eyni vaxtda 240 nəfərə xidmət edəcək.Hazırda tikinti işlərinin sürətlə davam etdiyini deyən N. Məcidovun sözlərinə görə, attraksion bu ilin oktyabr ayında tikilib təhvil veriləcək. "Şeytan Çarxı" üçün lazım olan materiallar isə Niderland Krallığından gətirilib.
OXŞAR XƏBƏRLƏR