Dünyanın ən böyük təsbehi - FOTO

Dünyanın ən böyük təsbehi - FOTO
Bütün Xəbərlər
00:46 21.01.2012
2533

Qara kəhrəbadan düzəldilmiş təsbehin ağırlığı 5 kq-dır

Türkiyənin Ərzurum şəhərində dünyanın ən böyük təsbehi hazırlanıb. 11 ildir təsbeh düzəltməklə məşğul olan usta qara kəhrəbadan təsbehi öz iş yerinin vitrinini bəzəmək üçün hazırlayıb. İllərdir topladığı qara kəhrəba daşlarından iri təsbehin düzəldilməsi üçün 3 ay vaxt sərf olunub. Təsbehin hər bir dənəsində Allahın adı gümüş işləmələrlə yazılıb. Kənarları füruzə, yaqut və zümrüdlə bəzədilən təsbehin ağırlığı isə təxminən 5 kiloqramdır. Usta dünyanın ən böyük təsbehinin dəyərinin 8000 türk lirəsi olduğunu, lakin onu satmaq niyyətində olmadığını deyib.

Ans Press

OXŞAR XƏBƏRLƏR