Dünyanın ən iri dodaqlı qadını Rusiyada yaşayır. Sankt-Peterburdqa yaşayan 22 yaşlı Kristina Rey hətta “Ginnesin rekordları” kitabına düşüb. Lakin gənc qız bununla kifayətlənmək niyyətində deyil. Belə ki, o, xarici görünüşü ilə bağlı eksperimentlərinə davam etmək istəyir.Kristina bu günlərdə qulaqlarından əməliyyat olunub. İndi onun uc hissəsi yuxarı qaldırılan qulaqları mifik nağıl qəhrəmanı olan elflərə bənzəyir. Qeyd edək ki, bunu Kristina uzun illər arzulayıb. Onun sözlərinə görə, məhz bu obrazda özünü möhtəşəm hiss edir. Rusiya vətəndaşının bundan sonrakı arzusu "Dovşan Rodceri kim satıb?" cizgi filminin baş qəhrəmanına bənzəmək, bunun üçün də sinəsini bir necə ölçü böyütdürməkdir.