Bloomberg agentliyi dünyanın ən varlı insanlarının yeni siyahısını açıqlayıb.
ABŞ-ın “Microsoft” korporasiyasının banisi Bill Geytsin liderlik etdiyi reytinqdə 200 milyarderin adı yer alıb.
İlk beşlikdə 78.7 milyard dollarla Bill Geyts, 69.3 milyard dollar varidatla “Zara”, “Massimo Dutti”, “Bershka” kimi mağazalar şəbəkəsinin rəhbəri Amancio Ortega, 59.6milyard dollar sərvətlə “Berkshire Hathaway” şirkətinin hissədarı Warren Buffett, 50 milyard dollarla “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberg, 49.1 milyard dollar gəlirlə isə Amazon.com-un qurucusu, “The Washington Post” qəzetinin sahibi Jeff Bezos qərarlaşıb.
Siyahıda Azərbaycanlı milyarder, “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da yer alıb. 341,6 milyon dollar itirməsinə baxmayaraq, 6,5 milyard dollara sahib olan Ələkbərov 176-cı yerdə qərarlaşıb.
Bloomberg-in milyarderlər siyahısında 18 qadının da adı var.
///AzNews.az