Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA

Dünyanın ən xeyirli içkisi haqqında bilmədiyiniz hər şey - ARAŞDIRMA
MARAQLI
13:43 26.07.2013
8350

Süd içməyin faydaları

Süd dünyanın ən sağlam içki növləri siyahısında illərdir birinci yeri qoruyub saxlayır. İnsan övladı nə az, nə çox məhz 5000 ildir süddən istifadə edir. Bu içkinin tərkibi bol kalsium, fosfor, sink, A, B, D, E və K vitaminlərindən ibarətdir ki, bu da sümüklərdə, dişlərdə, dırnaqlarda möhkəmlik yaratmaqla yanaşı, həm də qocalmanı ləngidir. Bu içkidən hər gün daimi olaraq istifadə edən insanlarda qan damarları və əzələlər normal tənzimlənir.

Bəzən südü uşaq qidası kimi qəbul edirlər. Amma südün istifadəsi hər yaşdan olan insanlar üçün mütləqdir. İnsan bədəninin ən böyük ehtiyacı məhz kalsiumadır. Bədəndə kalsium çatışmazlığı olduqda bütün əskikliklər meydana gəlir. Belə ki, diş tökülmələri, sümük əyrilikləri, sümük sınıqları, dırnaq qırıqları məhz kalsiumun miqdarının az olmasından meydana gələn problemlərdəndir. Vücudumuzda olan kalsiumun 99 %-i sümüklər və dişlərimizdədir. Kalsium təkcə sümük və dişlər üçün deyil, həm də əzələ güclənməsinə kömək edən vasitələrdəndir. Xüsusən də idmanla məşğul olan, gözəl bədən sahibi olmaq istəyən bəylər və xanımlar gün ərzində minumum 1 stəkan süd içməlidirlər.

Süd həm də çəkiyə nəzarət üçün ən yaxşı vasitə hesab edilir. Dietoloqlar südü gündəlik qida rasionumuza əlavə etməyin çox faydalı olduğunu bildirir. O həm də artıq çəkidən azad olmaq üçün çox gözəl vasitədir. Belə ki, səhər və axşam yeməyini süd ilə başlamaq məsləhət görülür. Süd yeganə içkidir ki, ondan istifadə üçün limit yoxdur. Nə qədər çox içilərsə, insan orqanizmi bir o qədər də fayda görmüş olar.

Süd bədənin günlük ehtiyaclarını ödəyən yeganə vasitədir. Mütəxəssislər bildirirlər ki, qəhvə və çaydan istifadəni südlə əvəzləmək insanda rahatlıq hissi yaradır. Xüsusən də idmandan sonra içilən bir stəkan süd mükəmməl əzələlərə sahib olmağa kömək edir.

Südün faydaları saymaqla bitmir. Belə ki, süd mədə, bağırsaq sistemini tarazlamaqla yanaşı, yaraların tez sağalmasına, beynin inkişafına, hüceyrələrin sağlam inkişafına kömək edir. Süd həm də xərçəng xəstəliyinin ən böyük düşmənidir. Xüsusən də bağırsaq xərçənginin müalicəsi məhz süddür. Kaliforniya Universitetinin professoru SedrikQarlandın 20 illik araşdırmasında bildirilir ki, süddən daimi istifadə edən insanlar daha sağlam bağırsaqlara sahibdirlər. Professor bağırsaq xərçənginin qarşısını almaq üçün gündə 2-3 stəkan südün qəbulunu mütləq hesab edir.

İnək südü xeyirli olmaqla yanaşı, keçi südünün faydaları daha böyükdür. Belə ki, keçi südü proteinlə daha çox zəngindir. Mütəxəssislər keçi südünün ana südünə ən yaxın süd hesab edir. 100 qram ana südündə kalsiumun miqdarı 32, inək südündə 119, keçi südündə isə 134 miliqramdır. Keçi südündəki bakteriyalar, yağ miqdarı digər süd növləri ilə müqayisədə daha azdır. Yeni doğulan körpələr ana südündən istifadə edə bilmədiyi halda heç bir narahatlıq hissi keçirtmədən onu keçi südü ilə əvəz edə bilərlər. Keçi südündən hazırlanmış qidalar Avropada sağlam qidaların satışını həyata keçirilən məntəqələrəd “ən sağlam qida” etiketi altında , yüksək qiymətlərlə satıcılara təqdim edilir.

Süd alarkən açıq şəkildə satılan məhsullardan uzaq durmaq lazımdır. Çünki bu cür südlərə mikrob düşmək riski böyükdür. Süd alarkən onun pasterizə edilməsinə, strerilləşmiş olmasına diqqət edin.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
19:28 19.10.2026
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
19:16 19.10.2026
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
“Sabah” – “Barselona” matçının biletləri satışda
18:56 19.10.2026
“Sabah” – “Barselona” matçının biletləri satışda
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
18:42 19.10.2026
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR