Dünyanın ən yaşlı sakini öldü: 112 yaşında

Dünyanın ən yaşlı sakini öldü: 112 yaşında
DÜNYA
15:27 25.02.2020
3372
Ginnesin Rekorlar kitabına düşən dünyanın ən yaşlı kişisi vəfat edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 113 yaşına sayılı günlər qalan Chitetsu Watenable vəfat edib.
 
Yaponiyanın Niigata bölgəsində yaşayan Chitetsu uzun ömürlü olmağın sirrini "əsəbləşməmək və daim gülümsəmək” olduğunu deyib.
 
1907-ci il təvəllüdlü kişinin 12 nəvəsi, 16 nəticəsi və 1 kötücəsi var. Watenablenin ölümündən danışan yaxınları son günlərdə özünü yaxşı hiss etmədiyini deyib: "Son zamanlar yemək yemirdi. Ölümünə yaxın qızdırmalı idi və nəfəs almaqda çətinlik çəkirdi”.
 
Xatırladaq ki, Chitetsu Watenable dünyanın ən uzunömürlü insanları sırasında olub.
 
Mələk Cabbar
OXŞAR XƏBƏRLƏR