Aprelin 26-dan 29-dək Beynəlxalq Muğam Mərkəzində gənc şairələrin Beynəlxalq forumu keçiriləcək.Bu barədə forumun təşkilatçısı, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputat Fuad Muradov məlumat verib.Onun sözlərinə görə, Bakıda reallaşacaq toplantıya dünyanın 20 ölkəsini təmsil edən gənc şairələr qatılacaqlar.Forumun əsas məqsədi müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.F.Muradov bu forumu son illərdə ölkənin ədəbi mühitində mühüm hadisə kimi dəyərləndirib: "Avropa və Afrika ölkələrində yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkəni formalaşdıracaqlar. Ümid edirik ki, tədbir Azərbaycanın gənc yazarlarının beynəlxalq arenaya çıxmasına öz töhfəsini verəcək”.