ABŞ-ın Ohio əyalətindəki mətəb direktoru qeyri-adi üsulla təhsili inkişaf etdirmək istəyir.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da məktəb direktoru dərslərə gələn və nizam-intizamda problemi olmayan şagirdlərə pul ödəməyə qərara gəlib. Direktor, “məktəbdə yaxşı oxumayan və məzun olma şansları az olan şagirdlərin olduğunu” qeyd edərək, “diplom ala bilmələri üçün şagirdləri nizamlı bir yola salmaq istədiklərini" bildirib. Şagirdlərin çoxunun kasıb olduğunu, bir hissəsinin ailəsiylə yaşadığını, bəzilərinin günün yarısını işlədiklərini və çox sayda gənc qızın uşaq sahibi olduğunu qeyd edib. Bu səbəblə gənclər məktəbdən get-gedə soyuyurlar. Dərslərə hər gün vaxtında gələn və sinifdə nizam-intizamı pozmayan 14 yaşlı şagirdə həftədə 10 dollar , 16 yaşlı şagirdlərə isə 25 dollar veriləcəyi bildirilib.
Qeyd edək ki, məktəb direktoru bazar ertəsi dərslərdə iştirak edənlərin sayında artım olduğu bildirilib. Bu nəticənin gələcək həftələrdə də artması, düzgün addım atıldığı göstərəcək.
Ozal İbrahimli