"Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub" - Müdafiə Nazirliyi

SİYASƏT
16:51 13.07.2020
3026
Müdafiə Nazirliyi daha bir açıqlama yayıb.
 
AZXEBER.COM xəbər verir ki, açıqlamada deyilir: Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.
Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet