Düz bağırsağında narkotik keçirmək istəyən tutuldu

Düz bağırsağında narkotik keçirmək istəyən tutuldu
Bütün Xəbərlər
11:13 04.03.2015
942

Abbasovun üzərində şəxsi yoxlama keçirilib.

İrandan Azərbaycana narkotik gətirmək istəyən şəxs saxlanılıb.

Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Famil Abbasovun üzərində şəxsi yoxlama keçirilib.

Bu zaman onun daxili orqanından (düz bağırsağından) 42 ədəd bükümdə ümumi xalis çəkisi 99,918 qram tiryək, 14 ədəd bükümdə isə ümumi xalis çəkisi 16,07 qram həşiş qətranı aşkar edilib.

OXŞAR XƏBƏRLƏR