“Dövlət atributlarını tanıyaq və tanıdaq!”

“Dövlət atributlarını tanıyaq və tanıdaq!”
Bütün Xəbərlər
10:20 13.01.2016
779
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Sara Fərzəliyeva tərəfindən həyata keçirilən “Dövlət atributlarını tanıyaq və tanıdaq!” layihəsinin icrası davam edir.
Layihə çərçivəsində Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə növbəti tədbir keçirilmişdir.
Layihə rəhbəri Sara Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq layihənin məqsədi barədə məlumat vermişdir. S. Fərzəliyeva layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən danışmışdır.
Təlimçi Anar Həsənli dövlət atributlarımız və onların yaranma tarixi haqqında danışmışdır. Himnimiz sözləri və musiqisi, bayrağımızın rəngləri və mənası, həmçinin gerbimizin simvolları və onların mənaları haqqında ətraflı məlumat verən təlimçi şagirdləri dövlət atributlarımıza qarşı diqqətli və hörmətlə yanaşmağa səsləmişdir.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır, şagirdlərə dəftərxana ləvazimatları hədiyyə edilmişdir və xatirə şəkilləri çəkdirilmişdir.
OXŞAR XƏBƏRLƏR