xari

Dövlət başçısı: "Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub"

SİYASƏT
20:26 03.12.2020
409

"Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxışı zamanı bildirib.

"Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir”, - dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:46 28.01.2021

Erməni jurnalist Paşinyana hücum etdi - VİDEO

16:34 28.01.2021

Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı

16:26 28.01.2021

"Qumbara Tərlan" kimi tanınan əsgər: Dünən Elxan Məmmədov mənə zəng etdi

16:21 28.01.2021

Karantin qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlandı

16:05 28.01.2021

Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı

15:59 28.01.2021

FHN-dən əhaliyə yanacaqdoldurma məntəqələri ilə bağlı XƏBƏRDARLIQ

15:58 28.01.2021

"Palıdlı sahil"də 14 yaşlı qıza qarşı seksual hərəkətlər edən keçmiş polis həbs edildi - RƏSMİ

15:56 28.01.2021

Ər "TikTok"dakı bu paylaşımına görə arvadını öldürdü - FOTO

15:40 28.01.2021

Azər Türk Bank “Qarabağ Dirçəliş Fondu”na vəsait köçürdü

15:36 28.01.2021

Tokio olimpiadasının tamaşaçısız keçirilmə variantı araşdırılır

15:33 28.01.2021

Rusiyada uçuşa hazırlaşan iki helikopter toqquşdu

15:25 28.01.2021

Rusiyalı politoloq Ermənistandakı böhranla bağlı hesabat hazırlayıb

15:06 28.01.2021

BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsədi

14:52 28.01.2021

Bakıda qanunsuz pul köçürmələri ilə məşğul olan şəxs tutuldu - RƏSMİ

14:38 28.01.2021

Tərtərdə traktor minaya düşdü, sürücü yaralandı

14:32 28.01.2021

Bakıda mağazadan 17 min manat oğurlayan şəxs ələ keçdi