Dövlət büdcəsi ilə bağlı qanun qəbul edildi

Dövlət büdcəsi ilə bağlı qanun qəbul edildi
Bütün Xəbərlər
14:33 29.05.2015
1191
“Bu kreditlər indi verilməyib”.
Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, APA-nın məlumatına görə, məsələ barədə çıxış edən İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, dövlət və icmal büdcəsi ilə bağlı şəffaflığın təmin edilməsi 2014-cü ildə də davam etdirilib, dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyası uğurla yerinə yetirilib.
Ç.Əsədullayev dünyada iqtisadi böhran fonunda Azərbaycanın inkişaf etdiyini, bunun düşünülmüş siyasətin nəticəsi olduğunu qeyd edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov nəzərə çatdırıb ki, ötən il yol vergisi və torpaq vergisi ilə bağlı proqnozlar aşağı səviyyədə icra olunub: “Dövlət borcunun ilbəil artmasını nəzərə alaraq, uzun müddətli perspektivdə dövlət borcunun aşağı salınması üçün müvafiq strategiyanın hazırlanmasını məqsədəuyğun sayırıq. 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası müsbət rəy verib”.
Azərbaycanın ixrac məhsullarının qiymətinin 2 dəfə düşməsinə baxmayaraq, ölkədə iqtisadi artımın davam etdiyini söyləyən maliyyə naziri Samir Şərifov 2014-cü il dövlət büdcəsinin icrasına dair məlumatları açıqlayıb.
Onun sözlərinə görə, dünyada qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən il qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub.
Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir. 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib. Hesabat dövründə orta aylıq əmək haqqı 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb.
Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur.
S.Şərifov deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub:
“Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub”.
Maliyyə naziri əlavə edib ki, hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında 1 728 622 300 manat məbləğində qalıq yaranıb. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində büdcənin vahid xəzinə hesabında yaranan 1,729 mlrd. manat məbləğində qalıq bu ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidməti ilə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.
Nazir bildirib ki, 2014-cü ildə dövlət ehtiyat fondlarında müəyyən layihələrin icrası üçün 697 milyon manat nəzərdə tutulub:
“Ancaq bu layihələrin bəzisinin icrası daha artıq müddət tələb edir. Qanunu nəzərə alaraq, həmin vəsaitdən qalan 200 milyon manat nəzərdə tutulan layihələrin icrası üçün 2015-ci büdcə ilinə keçirilib” .
S.Şərifov 2014-cü ildə büdcə xərclərinin 15,2 faizinin müdafiə xərclərinə yönəldildiyini açıqlayıb.
Nazir millət vəkillərini qanun layihəsinin qəbuluna səs verməyə çağırıb.
Millət vəkili Vahid Əhmədov 2014-cü ildə dövlət büdcəsinin yüksək səviyyədə icra olunduğunu qeyd edib və qanun layihəsinin müzakirəsiz qəbul olunmasını təklif edib.
Fazil Mustafa dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı Cənubi Qafqaz respublikaları ilə bağlı müqayisələrin verilməsini istəyib: “Bank kreditləri ilə bağlı məsələnin büdcənin icrasına təsirinin də açıqlanması yaxşı olardı. Çünki bu kreditlər indi verilməyib”.
Fərəc Quliyev Neft Fondunun vəsaitlərinin bir hissəsini hələ də rus rublu ilə saxlamasını tənqid edib.
Azay Quliyev Şirvanda Şirvan şəhərində mənzil probleminin aradan qaldırılması üçün sosial evlərin tikilməsini təklif edib: “Ümumiyyətlə, sənaye şəhərlərinə xüsusi yanaşmanın olması vacibdir”.
Zahid Oruc Binəqədidə yaşayış binasında baş verən yanğına toxunub:
“Müxalifət əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazırdır. O binalar tək xarici görkəm üçün üzlənməmişdi. Bu, həm də binalara qoyulan investisiya idi, vətəndaşların mənzillərinin dəyəri də artırdı. Bu, artıq başqa məsələdir ki, o üzlüklər necə vurulub”.
Əvvəllər də xaricdə dini təhsilin qadağan edilməsini təklif etdiyini xatırladan Z. Oruc hazırda xaricdə dini təhsilin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə həyata keçdiyini söyləyib: “Azərbaycanda İslam Universiteti yaradılıb, ancaq bu universitetdə təhsil pulludur. Suriyada, İranda və digər ölkələrdə dini təhsil alanlar o ziddiyyətləri Azərbaycana gətirirlər. Azərbaycanda dini təhsilin pulsuz olması təmin edilməlidir”.
Z.Oruc dövlətin milyardlarla manat investisiyasının olduğu Beynəlxalq Bankın da hökumətin hesabatı zamanı Milli Məclisdə təmsil olunmasını istəyib.
O, ipoteka məsələsinə də toxunub:
“İpoteka Fonduna 50 milyon manat ayrılır, bu, 50 min manatdan 1000 ailənin mənzillə təmin oluması deməkdir. Bu, yetərli deyil. Məsələn, dövlət qulluqçuları mənzil problemi ilə bağlı müxtəlif səbəblərdən başqa sahələrə üz tuturlar. İpoteka Fondundan vəsaitlərin xərclənməsi ilə bağlı məlumat alırıq, ancaq hansı kateqoriyaların bu vəsaitləri aldığını bilmirik. Ona görə də kənar mənbələrdən ipoteka alınması məsələsi də həllini tapmalıdır”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır