Dövlət büdcəsindən ən çox hansı sahələrə pul xərclənib?

Dövlət büdcəsindən ən çox hansı sahələrə pul xərclənib?
İQTİSADİYYAT
18:20 10.02.2021
748
2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza nisbətən 96,1 faiz və ya 26 milyard 416,3 milyon manat icra olunub ki, bu da 2019-cu illə müqayisədə 1 milyard 990,4 milyon manat və ya 8,1 faiz çoxdur.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda qeyd edilib.

Bildirilib ki, dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

2020-ci il dövlət büdcəsi xərclərinin 16 milyard 364 milyon manatı və ya 62 faizi cari xərclərə yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 835,1 milyon manat və ya 21 faiz çoxdur.

Cari xərclər üzrə artım əsasən 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əməkhaqlarının və ölkədə pensiya və sosial ödənişlər üzrə baş vermiş artımların qarşlanmasına 2 milyard 39,9 milyon manat, koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyatda yaratdığı mənfi təsirlərin azaldılmasına və mübarizə tədbirlərinə 609 milyon manat, ali təhsilin maliyyələşmədirilməsinə 186,2 milyon manat vəsait yönəldilib.

2020-ci ilin dövlət büdcəsindən 8 milyard 326,1 milyon manatı və ya 31,5 faizi əsaslı xərclərə, 1 milyard 726,2 milyon manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 milyon manat və ya 13,2 faiz çox) yönəldilib.

2020-ci ildə 2019-cu illə müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə və ya 814 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2 faiz və ya 828,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərclərinə 36,1 faiz və ya 1 milyard 72,6 milyon manat, təhsil xərclərinə 26,4 faiz və ya 579,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21 faiz və ya 317,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti  və  bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3 faiz və ya 23,2 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1 faiz və ya 22,7 milyon manat çox vəsait yönəldilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı