“Dövlət buna çarə qılmalıdır” - Əməkdar artist

“Dövlət buna çarə qılmalıdır” - Əməkdar artist
MAQAZİN
19:05 13.03.2025
259

"Sonuncu dəfə efirə çıxıram. Artıq sadəcə toylara gedəcəyəm, efirə çıxmayacağam”.

AZXEBER.COM xəbər verir ki,  bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə” verilişində deyib. 

Sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən sonra efirlərə çıxmamaq qərarı alıb:

"Yazırlar ki, bizə lazımsan, get otur evdə, nəvələrinlə oyna. Sizin böyüyünüz, nəvəniz yoxdur? Niyə onlara hörmət etmirsiniz? Mədəniyyətiniz olsun, daxiliniz nədirsə, aşkar edirsiniz. Ramazan ayıdır, xoş sözlər yazın. Bədbəxtlər, bu hərəkətiniz kimə, nəyə lazımdır? Brilyantlarımı oğurlamışdılar, verilişdə buna görə halım pisləşdi. Yazırlar, kimə lazımdır? Mən bunu sizə danışıram. Jurnalistin bunu yazması normaldır. Amma bu aləmdən xəbəri olmayan səhifə açıb, qoyur şəklimi yazır: 70 yaşı var, buna necə baxırsınız? Dövlət buna çarə qılmalıdır. Siz kimsiniz? Dədəmi, nənəmi söydürüb pul qazanırlar”. 

Aysel

OXŞAR XƏBƏRLƏR