Bu barədə dövlət katibi Marko Rubionun konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar öz "X” hesabında məlumat verib.
"Dövlət katibi Marko Rubio və Dövlət Departamenti amerikalıları ciddi təhlükəsizlik riskləri səbəbilə mövcud olan istənilən kommersiya nəqliyyat vasitəsindən istifadə edərək aşağıdakı ölkələri dərhal tərk etməyə çağırır", - o yazıb.
Siyahıya Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.
/APA










































