Dövlət Dumasının deputatı: “Seçicilər üçün hər cür şərait yaradılıb”

Dövlət Dumasının deputatı: “Seçicilər üçün hər cür şərait yaradılıb”
Seçki2024
15:51 09.02.2020
1550
"Azərbaycanda növbədənkənar parlament seçkilərində seçicilər üçün hər cür şərait yaradılıb. Heç bir xüsusi pozuntu görmədik”.

"Report” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçisi Kazbek Taysayev deyib.

"Bu gün bir çox seçki məntəqələrində olduq. Məntəqə komissiyalarında işi çox səlist quran kadrların hazırlanmasına görə Mərkəzi Seçki Komissiyasına təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycanda seçkilər çox uğurla keçiriləcək”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR