Dövlət Gömrük Komitəsi ləğv edilir?

Dövlət Gömrük Komitəsi ləğv edilir?
Bütün Xəbərlər
20:35 13.01.2016
2363
Dövlət Gömrük Komitəsi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb.
İdxal monopoliyasının ləğvi cəhdləri hələ də uğursuzluğa düçar olub. Monopolistlər hələ də buna müqavimət göstərməkdə davam edirlər. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, yenidən KİV-lərdə monopoliyaların mövcudluğu, idxalçıların yüklərinin ölkəyə buraxılmaması ilə bağlı məlumatların yayılması hakimiyyətin üst qatında ciddi narazılıq yaradıb. Ona görə də bu qurumun ləğv edilərək ya vergilər, ya da maliyyə nazirliyinin tərkibinə verilməsi, yüklərin bəyan edilməsi funksiyasının isə ASAN xidmətə həvalə edilməsi variantları nəzərdən keçirilir.
Mənbənin sözlərinə görə, Gömrük Komitəsinin müstəqil təsisat kimi saxlanılması da variantı da nəzərdən keçirilir: Bir şərtlə ki, rəhbərliyi və strukturu dəyişdirilsin. Yekunda hansı qərarın veriləcəyi ayın sonuna qədər bilənəcək. Ancaq bir məsələ birmənalıdır ki, indiki ststusunu itirəcək.
Yada salaq ki, prezident İlham Əliyev vergi və gömrük sistemində şəffaflığın təmin edilməsi, idxal monopoliyasının ləğvinin vacibliyini dəfələrlə vurğulayıb
OXŞAR XƏBƏRLƏR