Dövlət Komissiyası vətəndaşımızın ermənilər tərəfindən girov götürüldüyünü təsdiqlədi

Dövlət Komissiyası vətəndaşımızın ermənilər tərəfindən girov götürüldüyünü təsdiqlədi
Bütün Xəbərlər
15:00 13.11.2012
739
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qazax rayon sakini Telman Əliyevin Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi faktını təsdiqləyib.Komissiyanın katibi Şahin Sailov açıqlamasında bildirib ki, T.Əliyevin geri qaytarılması istiqamətində müvafiq işlər görülür. Bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbayca nümayəndəliyinə müraciət edilib.Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qazax rayonunun Məzəmli kənd sakini, 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin dünən səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib. İnsidentlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb, hadisənin detalları araşdırılıb.
//APA
OXŞAR XƏBƏRLƏR