Dövlət Komitəsindən Vüqar Həşimov haqda açıqlama

Dövlət Komitəsindən Vüqar Həşimov haqda açıqlama
Bütün Xəbərlər
13:53 17.01.2014
1558

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda heç nə təhrif olunmayıb və oluna da bilməz

Diasporla İş üzrə Dövlət Komitəsi Almaniyanın Frankfurt-Mayn şəhərində şahmat üzrə Azərbaycan çempionu Vüqar Həşimovun cənazəsinin vətənə yola salınma mərasimi ilə bağlı yalan məlumat yayması ilə bağlı iddialara münasibət bildirib.Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləmin APA-ya verdiyi məlumata görə, yanvarın 13-də Vüqar Həşimovun cənazəsinin vətənə yola salınma mərasimi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda heç nə təhrif olunmayıb və oluna da bilməz.Dövlət Komitəsi məlumatda adı göstərilən bütün təşkilatların nümayəndələrinin də mərasimə qatıldığını qeyd edib: “Biz sadəcə, Vüqar Həşimovun xatirəsinə ehtiramın ifadəsi olaraq bu mövzuda müzakirələri davam etdirmək istəməzdik. Azərbaycanın adını ucaltmış və gənc yaşında dünyasını dəyişmiş bir insanın adı ilə bağlı mərasimin mətbuatda müzakirə mövzusuna çevrilməsini doğru saymırıq. Belə bir mərasimdə iştirak etmək hər bir azərbaycanlının vətənpərvərlik borcudur və iştirak edənlərin hər biri də oraya könüllü olaraq getmişdilər. Eyni zamanda bəzi şəxslərin bir ailənin itkisi, bir gəncin faciəsindən özünüreklam məqsədilə istifadə etmək cəhdlərindən də dərindən təəssüflənirik. Biz bir daha hər kəsi diqqətli olmağa, mövzunun həssaslığını nəzərə almağa, bu cür mənasız və lüzumsuz müzakirələri davam etdirməməyə çağırırıq”.Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi bundan öncə Frankfurt hava limanında toplaşan Avropa Azərbaycanlıları Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və NRV Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələrinin mərhum qrossmeysterin xatirəsini bir dəqiqəlik sükutla yad etdiyi barədə məlumat yayıb. Ancaq Almaniyada yaşayan soydaşlarımızdan birinə istinadən bir sıra mətbuat orqanları anım mərasimində Şimali Reyn-Vestfaliya əyaləti Alman-Azərbaycan Mədəniyyət (NRV) Cəmiyyətinin sədri Təranə Tağıyevanın, Diasporla İş üzrə Dövlət Komitəsi ilə heç bir əlaqəsi olmayan təşkilatların, qürbətdə yaşayan həmvətənlərimizin və Maynts, Frankfurt-Mayn şəhərlərindən gələn gənclərin iştirak etdiyini, Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin isə tədbirdə iştirak etmədiyi barədə məlumat yayıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü