Dövlət Neft Şirkətinin Müşahidə Şurasının vəzifələri müəyyənləşdi

Dövlət Neft Şirkətinin Müşahidə Şurasının vəzifələri müəyyənləşdi
İQTİSADİYYAT
19:29 08.05.2021
930
Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Şirkətin Müşahidə Şurası həyata keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” fərmana dəyişiklik edilməsi barədə imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 üzvdən ibarətdir. Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 ildir.

Müşahidə Şurasının vəzifələri aşağıdakılardır:

- Şirkətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

- Şirkətin İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək, AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq İdarə Heyəti üzvlərinin fəaliyyətini qiymətləndirmək;

- İdarə Heyəti üzvlərinin, habelə Azərbaycan Respublikasının qanunları ilə yol verilməyən hallar istisna olmaqla, Müşahidə Şurasının üzvlərinin mükafatlandırılması qaydasını müəyyən etmək;

- Şirkətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək, törəmə və asılı təsərrüfat cəmiyyətlərini yaratmaq, onların nizamnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Şirkətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Şirkətin risklərin idarə olunması, daxili audit və uyğunluğa nəzarət xidmətlərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək;

- Şirkətin mərkəzləşdirilmiş fondlarını yaratmaq və onlardan istifadə qaydalarını müəyyən etmək;

- Şirkətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti və daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) təsdiq etmək;

- Şirkətin illik səmərəlilik göstəriciləri üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, maliyyə dayanıqlığının artırılmasına dair hədəf göstəricilərini, eləcə də ortamüddətli biznes planının əsas göstəricilərini təsdiq etmək;

- Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Şirkətin investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də Şirkətin inkişaf strategiyasının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı təsdiq etmək;

- satınalmalarla bağlı Şirkətin strategiyasını və daxili normativ sənədlərini təsdiq etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına satınalmaları "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda isə Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirmək;

- Şirkətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən çox məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

- Şirkətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarət etmək;

- Şirkətin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini yaratmaq, normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, Şirkətin maliyyə və digər hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;

- Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;

- Şirkətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;

- Audit Komitəsinin, daxili audit bölməsinin və müstəqil auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər görmək;

- mənfəətin və zərərin bölgüsünü, illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;

- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Şirkətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

- Şirkətin filial və nümayəndəliklərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Bu Nizamnamə ilə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə, habelə Müşahidə Şurası haqqında AİH-nin təsdiq etdiyi əsasnamə ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Teleqramda bu da mümkün olacaq
22:05 15.10.2026
Teleqramda bu da mümkün olacaq
Mourinyo bu hücumçunu satmadı
22:00 15.10.2026
Mourinyo bu hücumçunu satmadı
Trampın kürəkəni məhkəməyə verildi
21:54 15.10.2026
Trampın kürəkəni məhkəməyə verildi
Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq
21:48 15.10.2026
Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
21:41 15.10.2026
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
21:37 15.10.2026
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
21:30 15.10.2026
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
21:24 15.10.2026
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
Husilər Yəmənin prezident sarayını hədəfə aldılar: Ölənlər var
21:20 15.10.2026
Husilər Yəmənin prezident sarayını hədəfə aldılar: Ölənlər var
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
21:14 15.10.2026
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
21:10 15.10.2026
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
12 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar - Tramp açıqladı
21:05 15.10.2026
12 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar - Tramp açıqladı
Edi Rama: Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil
20:59 15.10.2026
Edi Rama: Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
20:51 15.10.2026
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
20:47 15.10.2026
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
20:41 15.10.2026
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub