Dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər qiymətləndiriləcək

Dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər qiymətləndiriləcək
Bütün Xəbərlər
16:20 21.01.2013
865
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları” qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədini daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanıb.  
Dövlət Agentliyi pilot layihə çərçivəsində Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilənelektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcək.
Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.
“Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrəqiymətləndirməQaydaları” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İnformasiya-kommunikasiya ili” elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcəkdir. 
OXŞAR XƏBƏRLƏR