Dövlət qurumu işçi axtarır

Dövlət qurumu işçi axtarır
Bütün Xəbərlər
16:41 30.04.2014
1658
Sənədlər may ayının 5-dən 16-dək qəbul ediləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ölçmə vasitələrinin kalibrlənməsi və sınaq laboratoriyalarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.
AZXEBER.COM xəbər verir ki, SMPDK-dən verilən məlumata görə, müsahibə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:
Radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına – mütəxəssis;
Təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına – mütəxəssis;
Elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına – mütəxəssis;
Asfalt-beton məhsullarının sınaq laboratoriyasına – mütəxəssis.
Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı: ərizə, şəxsiyyəti təsdiq edən sənədin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, hərbi biletin surəti, ali və sonrakı təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, sosial sığorta şəhadətnaməsinin surəti, sağlamlıq haqqında arayış, 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
Müsahibədə iştirak etmək istəyənlər sənədləri əsli ilə birlikdə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinə (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2014-cü il may ayının 5-dən 16-dək, həftənin I-V günləri saat 10:00-dan 17:00-dək təqdim edə bilərlər.
Əlaqə telefonu: (012) 449 99 59 (dax: 232)
OXŞAR XƏBƏRLƏR