Dövlət qurumundan Şəbnəmlə bağlı –Şok açıqlama

Dövlət qurumundan Şəbnəmlə bağlı –Şok açıqlama
SOSİAL
14:11 28.03.2016
6295
Son günlər əməkdar artist Şəbnəm Tapdığın adı ilə bağlı qoyduğu qadağalar müzakirə mövzusuna çevirilib.
Müğənninin sonuncu dəfə “Alın yazısı” verilişinin aparıcısı Şəbnəm Xeyrulladan qeyri-adi tələbi sosial şəbəkələrdə tənqidə və gülüşə səbəb olub.
Şəbnəm Tapdıq aparıcıya bir neçə dəfə zəng edərək ondan adını dəyişdirməyini istəyib.
Əməkdar artist aparıcıya bildirib ki, adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və bu o deməkdir ki, "Şəbnəm" adının bütün hüquqları ona aiddir:
“Sizə təklif edirəm, adınızı dəyişəsiniz. Demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac”.
Düzü, müğənni adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirdiyini iddia etsə də, bu məsələnin özü də naməlum olaraq qalır. Adı necə patentləşdirmək olar?
Müəllif Hüquqları Agentliyinin (MHA) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Natiq İsayev açıqlamasında bildirib ki, Şəbnəm Tapdıq əsəri ilə bağlı quruma müraciət edib:
“Şəbnəm xanım adını qeydiyyatdan keçirməyib. O, əsərini “Şəbnəm” təxəllüsü ilə yazıb, məhz bu səbəbdən bizə müraciət edib. Ad qeyiyyatdan keçirilmir, əsər qeydiyyatdan keçirilir. Ola bilər ki, Şəbnəm Tapdıq mahiyyətini başa düşməyib. Yenə təkrar edirəm ki, Müəllif Hüquqlari Agentliyində onun “Şəbnəm" təxəllüsü ilə yazdığı əsəri qeydiyyatdan keçib”.
Bəs patent nə deməkdir?
Patent ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən mühafizə sənədidir.
Məsələ ilə bağlı Şəbnəm Tapdıqla əlaqə saxladıq. Əməkdar artist isə “Əl çəkin, bu mövzu haqqında danışmaq istəmirəm”,- açıqlamasını verib.
Hüquqşünas Adəm Məmmədov da məsələyə münasibət bildirib. Məmmədov insan adlarının patentləşdirilməsinin qeyri-mümkün olduğunu söyləyib:
“İnsan adlarının patentləşdirilməsi mümkün deyil. Ad niyə patentləşdirilir? O vaxt ad patentləşdirilir ki, həmin insanın ixtirası olur. Ad elə bir şeydir ki, onu kəşf edənin kimliyi bəlli deyil. Bu Azərbaycan və dünya praktikasında belə bir şeyin olacağına da inanmıram”.
qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir