Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir

Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir
Bütün Xəbərlər
15:21 20.12.2013
685

Balıqçılar dənizə çıxarkən həyatlarını təhlükə qarşsında qoymamaq üçün meteoroloji şəraiti nəzarə alsınlar və nasaz qayıqlardan istifadə etməsinlər

Dövlət Sərhəd Xidməti əməkdaşları dənizdə köməksiz vəziyətdə qalan balıqçıların həyatını xilas edib. Qaradağ rayonun sahil qəsəbəsi ərazisindəki sərhəd nəzarəti məntəqəsinin xidməti sahəsində rezin qayıqla dənizə çıxan və küləyin güclənməsi səbəbindən geri qayıda bilməyən Mənsim Köçəriyev xilas edilib.Astara rayon Kələdəhnə kəndi ərazisindəki sərhəd nəzarət xidməti sahəsindən 4 mil aralıda isə qayığın mühərrikində yaranan nasazlıq səbəbindən həyatları təhlükə altına düşən daha 2 nəfər - Tural Dadaşov və Kərim Məmmədov xilas edilib.Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir ki, balıqçılar dənizə çıxarkən həyatlarını təhlükə qarşsında qoymamaq üçün meteoroloji şəraiti nəzarə alsınlar və nasaz qayıqlardan istifadə etməsinlər.(anspress)
OXŞAR XƏBƏRLƏR