Dövlət sərhədinin naturada nişanlarla bərkidilməsi prosesinə başlanacaq

Dövlət sərhədinin naturada nişanlarla bərkidilməsi prosesinə başlanacaq
Bütün Xəbərlər
11:36 15.02.2013
1194

Yaxın vaxtlarda Azərbaycanla Rusiya arasında dövlət sərhədinin naturada nişanlarla bərkidilməsi prosesinə başlanacaq.

Bu barədə Torpaq və Xəritəçəkmə üzrə Dövlət komitəsində keçirilən kollegiya iclasında qurumun sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olub və hər iki ölkənin parlamentləri sərhəd haqqında müqaviləni ratifikasiya ediblər. Yaxın vaxtlarda dövlət sərhədinin naturada nişanlarla bərkidilməsi prosesinə başlanacaq.

Komitə sədri bildirib ki, Azərbaycanla Gürcüstan arasında delimitasiya işləri hələlik tamamlanmayıb, ekspertlərin mütəmadi görüşləri keçirilir və sərhəd zolağında müvafiq ölçmə işləri aparılır. Azərbaycanın Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 280 kilometri dövlət komissiyaları səviyyəsində razılaşdırılıb.

Qərib Məmmədov qeyd edib ki, komitənin mütəxəssisləri Azərbaycanın İranla dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının yerində qurulması) və sahil bərkitmə işlərində fəal iştirak edirlər. Azərbaycan və İran mütəxəssisləri mütəmadi olaraq ikitərəfli görüşlərdə və birgə işlərin aparılmasında iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR