Dövlət Sosial Müdafiə Fondunda kadr islahatı

Dövlət Sosial Müdafiə Fondunda kadr islahatı
Bütün Xəbərlər
13:36 18.04.2014
834
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Nizami rayon şöbəsinə yeni rəhbər təyin edilib.
Qurumdan APA-nın qərb bürosuna verilən məlumata görə, 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mirxaliq Əliyev şöbəyə müdir təyin edilib. Onun əvvəllər işlədiyi idarəyə isə hələ ki təyinat olmayıb.
Qeyd edək ki, şöbənin əvvəlki müdiri Nizami Əhmədov bir müddət əvvəl Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə rəis təyin edilib.
OXŞAR XƏBƏRLƏR