Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxundu

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxundu
KRİMİNAL
14:47 28.03.2025
1477
Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs cinayət işi üzrə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Xatırladaq ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, 2022-ci ilin ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.

Araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü "Meyse” və "Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində "Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib - FOTOLAR
12:42 21.10.2025
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib - FOTOLAR
Mahnı qalmaqalı böyüdü: "Aşıq Zülfiyyə müəllif deyil!"
12:20 21.10.2025
Mahnı qalmaqalı böyüdü: "Aşıq Zülfiyyə müəllif deyil!"
Orionid meteor yağışı olacaq
12:19 21.10.2025
Orionid meteor yağışı olacaq
“Bu, siyasi itaətsizlik nümunəsidir” - Alqış Musayevdən Aydın Mirzəzadəyə sərt sözlər
12:11 21.10.2025
“Bu, siyasi itaətsizlik nümunəsidir” - Alqış Musayevdən Aydın Mirzəzadəyə sərt sözlər
"Yazılanlar şişirdilib, 1 milyon avro..." - İsa Həbibbəyli qızının başına gələnlərdən danışdı
12:09 21.10.2025
"Yazılanlar şişirdilib, 1 milyon avro..." - İsa Həbibbəyli qızının başına gələnlərdən danışdı
"United Airlines" təyyarəsinin şüşəsini sındıran sirli obyekt məlum oldu
12:06 21.10.2025
"United Airlines" təyyarəsinin şüşəsini sındıran sirli obyekt məlum oldu
Tokayev: Qazaxıstanla Azərbaycan qardaş xalqlar və millətlərdir
11:58 21.10.2025
Tokayev: Qazaxıstanla Azərbaycan qardaş xalqlar və millətlərdir
"Kişi qadının sözünə baxmırsa, o evin ruzi-bərəkəti olmur” - Təranə Qumral
11:52 21.10.2025
"Kişi qadının sözünə baxmırsa, o evin ruzi-bərəkəti olmur” - Təranə Qumral
Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO
11:52 21.10.2025
Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO
"Bakubus" Bulvara girdi, ağacları aşırtdı - VİDEO
11:50 21.10.2025
"Bakubus" Bulvara girdi, ağacları aşırtdı - VİDEO
Azərbaycan və Qazaxıstan prezidentlərinin Astanada təkbətək görüşü oldu
11:44 21.10.2025
Azərbaycan və Qazaxıstan prezidentlərinin Astanada təkbətək görüşü oldu
Nikola Sarkozi həbsxanaya aparılıb
11:40 21.10.2025
Nikola Sarkozi həbsxanaya aparılıb
"Borc pul götürüb paltar tikdirmişdim, məni efirə buraxmadılar" - Türkan
11:37 21.10.2025
"Borc pul götürüb paltar tikdirmişdim, məni efirə buraxmadılar" - Türkan
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA