“Dövlətimiz futbolun inkişafı üçün hər şey edir” - Klub prezidenti

“Dövlətimiz futbolun inkişafı üçün hər şey edir” - Klub prezidenti
İDMAN
17:53 29.09.2026
176
Gələn ay Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və festivalı öncəsi FIFA prezidenti Canni İnfantino Bakıya səfər edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı İnfantino İlham Əliyevə xatirə hədiyyələri təqdim edib. Hədiyyələr arasında idman köynəyi, eləcə də FIFA U-15 Dünya Çempionatının və 2027-ci ildə keçiriləcək FIFA U-20 Dünya Kubokunun rəsmi topu və vimpeli yer alıb.

"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov AZXEBER.COM-a açılamasında deyib ki, belə çempionatların ölkəmizdə keçirilməsi futbolun inkişafına böyük təkan verir:

"Dövlətin bu cür tədbirlərin ölkəmizdə keçirilməsinə dəstək verməsi çox yaxşı haldır. Belə çempionatların ölkəmizdə keçirilməsi futbolun inkişafına böyük təkan verir. Bu çempionatdan bizim futbolçularımız da inkişaf üçün müəyyən təcrübə və faydalı məqamlar götürə bilərlər. Belə turnirlərin ölkəmizdə təşkil olunması böyük nailiyyətdir”.

"Belə yarışların ölkəmizdə keçirilməsində dövlətimiz həmişə dəstək olub. AFFA və dövlətimiz futbolun inkişafı üçün hər şeyi edirlər. Futbolçular bunu anlamalıdırlar. Uğurlar arzulayıram”,-deyə Ceyhun Sultanov bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR