DYP Bakıda hərbçilərin qəzaya uğramasına münasibət bildirildi

DYP Bakıda hərbçilərin qəzaya uğramasına münasibət bildirildi
Bütün Xəbərlər
13:45 19.09.2012
1245
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakının Yasamal rayonunda 8 hərbçinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparıb.
Bunu İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov verib. Onun sözlərinə görə, hadisə şahidlərinin qəzaya uğrayan "Mercedes" markalı avtomobilin yol polisi əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddiaların da həqiqətə uyğun olub-olmadığı yoxlanılıb.
Vaqif Əsədov deyib ki, Bakının 400 nöqtəsində 2000 müşahidə kamerası var və onlar vasitəsilə hərəkətə tam nəzarət edilir.Hərbi maşının qəzaya uğraması ilə bağlı KİV-də gedən məlumatlardan sonra dərhal xidməti araşdırmalara başlanılıb, dislokasiya üzrə ərazidə xidmət aparan yol polisi əməkdaşlarının izahatları alınıb. O, cümlədən, ərazidəki müşahidə kameralarındakı görüntülər də izlənib. Məlum olub ki, "Mercedes" DYP əməkdaşları tərəfindən qovulmayıb. Əksinə, avtomobilin sürücüsü sərxoş olub və yolda DYP avtomobilini gördükdən sonra saxlanılacağından ehtiyatlanıb və sürəti artırıb. Nəticədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hazırda Yasamal Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Vaqif Əsədov hüquqşünasların DYP əməkdaşlarının yol hərəkəti qaydasını pozan avtomobilləri təqib etməsinin yolverilməz olması ilə bağlı iddialarına da münasibət bildirib. Onun sözlərinə görə, ətrafdakıların həyatı üçün real təhlükə yaradan yüksək sürətlə hərəkət edən, yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozan avtomobillər yol polisi əməkdaşları tərəfindən razılaşdırılmış şəkildə təqib edilə bilər.
Qeyd edək ki, ötən gün baş verədə qəzadə 8 hərbçi yaralanmışdı. Hadisə şahidlərin iddialarına görə, hərbçilərin olduğu "UAZ"ın aşmasına səbəb qaydanı pozan “Mercedes”in yol polisi tərəfindən təqib edilməsi olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev