Xəbər verdiyimiz kimi, Sulutəpədə 4-cü mədən deyilən ərazidə bir qrup polis əməkdaşı və Dövlət Neft Şirkətinin mühafizəçiləri qanunsuz hesab etdikləri evlərin söküntüsünə başlayıblar.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, ərazidə sakinlərlə qarşıdurma olub.
Ərazidə çəkiliş aparan RATİ əməkdaşı jurnalist İdrak Abbasova qarşı da zor tətbiq edilib. RATİ-dən məlumatı təsdiqləyiblər. Məlumata görə, İdrak Abbasov təcili yardımla xəstənanaya çatdırılıb.
Klinik Tibbi Mərkəzdən bildirilib ki, İ. Abbasov kəllə beyin travması ilə xəstəxanaya gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib.Jurnalistin xəstəxanada çəkilən fotolarını təqdim edirik.