Azxeber.com-un APA-ya istnadən verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Qusar rayon sakini, 1968-ci il təvəllüdlü Ərzimanov Elşad Mövlan oğlu iyulun 7-si axşam saatlarında içkili vəziyyətdə evə gələrək həyat yoldaşını, 1970-ci il təvəllüdlü Ərzimanova Ruhəngiz Təsəlli qızını döyməyə başlayıb. Bu vaxt R. Ərzimanovanın əlindəki bıçaq ərinə dəyib. E. Ərzimanov aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. E. Ərzimanovun spirtli içkilərə meylli şəxs olduğu və həyat yoldaşını mütəmadi döydüyü bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.