Döyülən uşağın atası: Bəlkə də istəyib ərkyana vursun - VİDEO

SOSİAL
18:04 15.01.2022
952
"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur. Ola bilər uşağı ərkyana vurub”.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş verənlərdən üzülür:

"Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”.
 

OXŞAR XƏBƏRLƏR