Ebola təhlükəsi artır: Bu ölkədə də yoluxma sayı yüksəlir

Ebola təhlükəsi artır: Bu ölkədə də yoluxma sayı yüksəlir
DÜNYA
16:02 08.06.2026
325
Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Demokratik Konqo Respublikasından sonra Ebola virusunun qeydə alındığı Uqandaya səfər edib və ölkədəki son vəziyyətlə bağlı açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qebreyesus rəsmi sosial media hesabında paylaşdığı məlumatda Uqanda hökumətinin epidemiya ilə mübarizəyə operativ və peşəkar şəkildə reaksiya verdiyini bildirib.

Dünya Səhiyyə Təşkilatının rəhbəri qeyd edib ki, qonşu Demokratik Konqo Respublikasından gələn yoluxma hallarının müəyyən edilməsində sərhədlərdə aparılan yoxlama sistemi mühüm rol oynayıb. O, Uqandada nəzarət, test və xəstə idarəetmə sistemlərinin qətiyyətlə işlədiyini vurğulayıb.

Qebreyesusun açıqladığı son məlumatlara görə, Uqandada indiyədək 19 təsdiqlənmiş Ebola hadisəsi qeydə alınıb. Yoluxanlardan 14-ü Demokratik Konqo Respublikasından gələn şəxslər, 5-i isə Uqanda vətəndaşlarıdır.

Bundan əlavə, Ebola virusu səbəbindən Demokratik Konqo Respublikası vətəndaşı olan 2 nəfərin həyatını itirdiyi bildirilib.

Dünya Səhiyyə Təşkilatının Baş direktoru "Birgə əməkdaşlıqla bu böhranın öhdəsindən gələcəyik” mesajını verib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR