EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
İQTİSADİYYAT
14:50 16.05.2025
1174

Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş yeni tərəfdaşlıq razılaşması əldə olunub.

AZXEBER.COM xəbər verir ki, EBRD Azərbaycanda ilk dəfə "Unibank”a Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 5 milyon ABŞ dolları (təxminən 4.4 milyon avro) məbləğində maliyyələşmə limiti ayırıb. Azərbaycanın sistem əhəmiyyətli banklarından biri olan "Unibank”la bu razılaşma EBRD-nin Londonda keçirilmiş 2025-ci il İllik Yığıncağı çərçivəsində imzalanıb.

Bu əməkdaşlıq "Unibank”a özəl sektorun beynəlxalq ticarət əməliyyatlarını daha effektiv şəkildə maliyyələşdirməyə və dünya bankları ilə əlaqələri genişləndirməyə imkan verəcək. Eyni zamanda, bu təşəbbüs ölkənin qeyri-neft sektorunun inkişafına və idxal-ixrac əməliyyatlarının artmasına dəstək verir.

EBRD-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə Maliyyə İnstitutları Direktoru Corc Orlovbildirib: "Londonda keçirilən EBRD İllik Yığıncağında "Unibank”dan olan həmkarlarımızı qarşılamaqdan məmnunam. Bu, bu il ərzində imzaladığımız ikinci razılaşmadır və bu dəfə xarici ticarətin dəstəklənməsi məqsədilə ticarət maliyyələşməsi xəttini açırıq. Əminəm ki, bu əməkdaşlıq "Unibank”ın ticarət maliyyələşməsi sahəsində fəaliyyətini genişləndirməsinə və Azərbaycanda ixrac-idxal əməliyyatlarının inkişafına töhfə verəcək.”

Unibank KB-nin Baş İnvestisiya İnzibatçısı Emin Rəsulzadə bildirib: "EBRD ilə əməkdaşlığımızın daha bir mərhələyə keçməsi bizim üçün qürurvericidir. Müştərilərimizin xarici ticarət əməliyyatlarının inkişafı istiqamətində atdığımız addımların belə nüfuzlu bir institut – EBRD tərəfindən tanınması və dəstəklənməsi bizim üçün böyük önəm daşıyır. Bu tərəfdaşlıq, "Unibank”ın Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlmiş strategiyasında mühüm yer tutur”.

EBRD-nin Ticarətin Asanlaşdırılması Proqramı hazırda 27 ölkədə fəaliyyət göstərir və 125-dən çox emissiya bankı, 800-dən artıq təsdiqləyici bankdan ibarət geniş şəbəkəni əhatə edir. Proqram yerli banklara təqdim olunan zəmanətlər vasitəsilə beynəlxalq ticarəti asanlaşdırır və yeni bazarlara çıxışı təşviq edir. EBRD Azərbaycanda aparıcı institusional investorlardan biridir – bank bu günədək ölkə iqtisadiyyatının müxtəlif sahələrində təxminən 4 milyard avro məbləğində 200-ə yaxın layihəyə sərmayə qoyub. Bankın yenilənmiş Azərbaycan strategiyası ölkənin qeyri-neft sektorunun və yerli maliyyə institutlarının dəstəklənməsinə, eləcə də yaşıl iqtisadiyyata sərmayələrin artırılmasına yönəlib.

"Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video