Ebru Polad Azərbaycanda məmur oğlu ilə yaşadığı sevgidən danışdı - MÜSAHİBƏ

Ebru Polad Azərbaycanda məmur oğlu ilə yaşadığı sevgidən danışdı - MÜSAHİBƏ
MAQAZİN
12:27 09.07.2014
8340

“Azərbaycana gəlin gəlmək qismət olmadı” 

Bugünlərdə Azərbaycandakı istirahət mərkəzlərinin birində konsert verən türkiyəli müğənni Ebru Polatın Ailem.az-a müsahibəsi. 

- Azərbaycanı çox sevirəm və burda olduğum üçün çox xoşbəxtəm. Bu, Azərbaycanda ikinci konsertimdir. Konsertə bir gün qalmış gəldim və bütün günümü gəzməyə sərf etdim. Burada gəzməli, görməli yerlər çoxdur.

- Azərbaycanda ən çox nəyi sevdiniz?

- İnsanlarını sevdim. Azərbaycanlılar çox qonaqpərvər və nəzakətlidirlər. Nə istəsəm, çox kübarlıqla yerinə yetirdilər. Ən əsas da cömərd olmaqlarıdır. Məsələn, bu gün qadın salonuna getdim. Saç ustası pul almadı, dedi ki, bu saç düzümünü sizə hədiyyə edirəm. Ətrini də hədiyyə etmək istəyirdi. Səhər bir yerdə qəhvəaltı etdim, orda da məndən pul almadılar. Yəni o qədər cömərd və təmiz ürəklidirlər. Ona görə də, azərbaycanlıları  çox sevirəm.

- Nə vaxtsa Azərbaycana tətil üçün gəlməyi düşünürsünüzmü?     

- Əlbəttə, düşünürəm. Çünki buranı gərçəkdən çox sevirəm. Əslində, Azərbaycanda yaşamağı da çox istəyirəm. Düşünürəm ki, vaxtım olsa, gəlib iki ay yaşasam, çox gözəl olar.

- Azərbaycan mətbəxini bəyəndinizmi?

- Yeməkləriniz çox dadlıdır. Burada kilo alacam. Yemək masasına gətirilən bütün yeməklər çox dadlı olur, dayana bilməyib yeyirəm. Həm yüksək qonaqpərvərliyiniz, həm də dadlı mətbəxiniz var.  

- Sosial şəbəkələrdə paylaşdığınız şəkillərdən hiss olunur ki, daha çox dəniz səyahətlərini sevirsiniz.

- Düzdür, mənim üçün ən gözəl istirahət dənizdə olmaqdır. Mən izmirliyəm, İzmir qızları dənizi çox sevirlər. Çünki İzmiri də dəniz əhatələyib. Mənim üçün ən gözəl istirahət dəniz kənarında, ya da dənizin içində gəzintidə olmaqdır. Bu yaxınlarda gəmi icarəyə götürdüm və bir həftə tətil etdim. Bu səyahətim haqda mətbuatda şəkillər və xəbərlər çıxmışdı.  

- Mətbuatda haqqınızda bir çox xəbərlər dərc edilir. Onlardan biri də sizin azərbaycanlı bir məmurun oğlu ilə sevgili olduğunuz haqda idi. Bu məlumatlar nə dərəcədə həqiqətəuyğundur?

- Bu xəbərləri mən də görmüşəm. Amma yazılanlar doğru deyil. Çünki mənim nişanlım türkdür və İstanbulda yaşayır. Amma çox istərdim ki, azərbaycanlı bir bəylə ailə qurum. Ötən dəfə Azərbaycana gələndə də bunu söyləmişdim. Amma, Azərbaycana gəlin gəlmək qismət olmadı.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva