Nazir: "Azərbaycanda "Eurovision 2012"-nin yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait var"
"Eurovision" Təşkilat komitəsi Azərbaycanda bu mahnı müsabiqəsinin yüksək səviyyədə keçiriləcəyinə əmin oldu.Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm naziriƏbülfəz Qarayevbildirib. "Azərbaycanda müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait var", - o deyib. Nazir deyib ki, "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi yer də artıq müəyyənləşib və bu "Crystal Palace" olacaq. "Bu tədbirin keçirilməsi Azərbaycanın ümumi imicinə müsbət təsir göstərəcək. Azərbaycana gələcək çoxsaylı qonaqlar ölkədə gedən prosesləri əyani olaraq görəcəklər, iştirakçısı olacaqlar", - Qarayev vurğulayıb. Nazir Azərbaycan tərəfindən müəyyənləşəcək iştirakçıların müsabiqədə qabaqcıl yerlərdən birini tutacağına ümidvar olduğunu bildirib.