“ECO GƏNC” layihəsinin icrasına yekun vurulub

GƏNCLİK
16:09 19.01.2018
1854
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "ECO GƏNC” layihəsinin icrasına yekun vurulub.
 
AZXEBER.COM xəbər verir ki, "ECO GƏNC” layihəsi çərçivəsində Şirvan şəhəri və Sabirabad rayonunda ekoloji təlimləri keçirilib.
 
Təlimlərdə məktəbli və gənclər təşkilatlarından olan gənclər iştirak edib. Ümumilikdə təlimlərdən 100 yaxın gənc bəhrələnib. "ECO GƏNC” layihəsinin təlimçisi Yusif Poladov layihə barədə məlumat verərək bildirdi ki: Çox zəngin təbiətə sahib olan Azərbaycanımızın ekosistemini qorumaq gənclər arasında ekoloji maarifləndirilmə və ekoloji mədəniyyətin formalaşdırılması layihənin əsas məqsədlərindən biridir.
 
Gəncləri ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini, ekoloji-coğrafi rayonlaşdırmanın təsviri haqqında məlumatdıraraq, Azərbaycanda biomüxtəlifliyin qorunması haqqında gənclər arasında diskusya aparmaq habelə, atmosferin çirklənməsi, səhralaşma, torpaqların eroziyası, qlobal istiləşmə, ozon qatının qorunması problemlərinə aid mövzularda seminarlar keçərək onları maarifləndirmək layihənin əsas qayəsi olduğunu qeyd etdi. Təlimlərdə fəallığı ilə seçilən gənclər sertifikatlarla təltif edildi.

OXŞAR XƏBƏRLƏR