Editor.az-a giriş niyə mümkün deyil?

Editor.az-a giriş niyə mümkün deyil?
MEDİA
14:18 24.12.2013
1106
Fərid Şahbazlı: "Hansısa qüvvələr bu cür virtual hücumlar təşkil edib, bizə zərbə vurmağa çalışır"
Editor.az İnformasiya Portalının fəaliyyətində texniki problemlər yaranıb. Bu barədə açıqlama verən portalın baş redaktoru Fərid Şahbazlının sözlərinə görə, artıq 1 gündən artıqdır ki, sayta giriş mümkün deyil: "Portalın yerləşdiyi serverə davamlı hücumlar var. Onun üçün portalın fəaliyyətini bərpa etmək olmur. Bu hadisə ötən ay da baş vermişdi və biz o zaman portalın serverin dəyişdik. Ancaq görünür ki, portalımız fəaliyyətini gücləndirdikcə, ziyarətçilərinin sayı sürətlə artıqca hansısa qüvvələr bu cür virtual hücumlar təşkil edib, bizə zərbə vurmağa çalışır. Heç şübhəsiz ki, bu cür cəhdlər nəticə verməyəcək və ən qısa zamanda portal öz fəaliyyətini bərpa edəcək".
OXŞAR XƏBƏRLƏR