Editor.az-a haker hücumu oldu

Editor.az-a haker hücumu oldu
MEDİA
16:50 14.01.2013
1821
Portalın arxivini dağıtmağa yönəlik hücumların qarşısını almaq üçün saytın fəaliyyətində texniki fasilə yaranıb“Editor.az informasiya portalına qarşı haker hücumları təşkil edilib. Portalın arxivini dağıtmağa yönəlik hücumların qarşısını almaq üçün saytın fəaliyyətində texniki fasilə yaranıb”. Bu sözləri Azxeber.com-a açıqlamasında Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı söyləyib.
Onun sözlərinə görə, artıq baş verən təxribatın qarşısını almaq istiqamətində zəruri tədbirlər həyata keçirilir və təhlükə dəf edilən kimi sayt öz fəaliyyətini bərpa edəcək: “Bu ilk dəfə deyil ki, bizə qarşı bu cür haker hücumları təşkil edilir. Təəssüf ki, saytın artan uğurları bir çoxlarını narahat etdiyindən bu cür mübarizə üsullarından istifadə edirlər. Yaxın saatlarda saytın fəaliyyətini bərpa etməyə çalışırıq. Oxuclardan yaranmış müvəqqəti narahatlığa görə, üzr istəyirik”
Qeyd edək ki, editor.az saytı qısa müddətdə oxucuların inamını qazanmağı bacaran xəbər portallarındandır.
OXŞAR XƏBƏRLƏR