Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb - Dəqiq vaxt

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb - Dəqiq vaxt
Bütün Xəbərlər
13:47 07.11.2013
708

Ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün avqustdan başlanmış sənəd qəbulu noyabrın 12-də başa çatır.

Nazirlikdən AZXEBER.COM -a verilən məlumata görə, növbəti müsabiqə üzrə test imtahanı isə noyabrın 16-da keçiriləcək.Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi, 5 ünvanında saat 10.00-da keçiriləcək. İmtahan yerinə getməyə kömək məqsədilə nazirliyin internet səhifəsində videoçarx yerləşdirilib.Qaydalara əsasən, test imtahanının yekununa görə, 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni noyabrın 14-dən etibarən saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.

OXŞAR XƏBƏRLƏR